Partlayıcı maddə hazırlayanlar məhkəmə məsuliyyətinə verildi - ÖZƏL
25 İyul 2023 15:23 KriminalAzərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə "Qranit QP" MMC-nin direktoru Rübabə Mürşüdova, həmin müəssisənin digər məsul əməkdaşları Ramil Həsənov və Xudaverdi Həsənəliyevin qabaqcadan əlbir olaraq, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq partlayıcı maddələr hazırlayaraq satmaları və bununla da onlar tərəfindən Dövlətin və Cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurulduğu təsdiq olunmuşdur.
Adları çəkilən şəxslərin cinayət əməlləri istintaq zamanı araşdırılan sübutlarla təsdiq olunduğundan onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1 (qanunsuz olaraq silah hazırlama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüş və cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmaları məqsədi ilə barələrində olan cinayət işi baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilmişdir. Hazırda həmin cinayət işinə Goranboy rayon Məhkəməsində baxılır.