Bakıda ödəmə terminalı yararsız hala salındı
19 İyul 2023 11:07 KriminalBakıda ödəmə terminalı yararsız hala salınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 3-də paytaxtın Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birinin yararsız hala salınması barədə polisə məlumat daxil olub.
Nizami Rayon polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31