Yük yerində siqaretlər aşkar edilib - FOTO

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Mazımqara" gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib. Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 230 qutu "Marlboro touch gray",  70 qutu "Parliament Night Blue" markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib.
 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31