Azərbaycanda İranın molla rejiminə casusluq edən şəxs SAXLANILDI - FOTO
4 İyul 2023 11:45 KriminalAzərbaycanda İranın casus şəbəkəsinə qarşı tədbirlər davam edir.
Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron sakini Samir Piriyev saxlanılıb.
S.Piriyev Müsəlman Birliyi Hərəkatının üzvü olub.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.Piriyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31