Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv olundu
7 İyun 2023 10:36 Kriminal2,5 milyon manatlıq dələduzluqda ittiham edilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin bəraət alması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini əsaslı sayıb.
Məhkəmə belə qənaətə gəlib ki, Elvin Həşimli ilə bağlı bəraət qərarı işin faktiki halları ilə uyğun gəlmir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün baxışa təyin olunub.
Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. Sonradan daxili işlər orqanlarından xaric edilib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin kürəkənidir.