"Kişinin silahı olar" deyib qanunsuz silah gəzdirməsinə haqq qazandırdı - VİDEO
1 Fevral 2023 15:09 KriminalQanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb.
Olaylar.az İctimai TV-yə istinadən xəbər verir ki, şübhəli şəxsdə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd atəşə yararlı "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Əlinin üzərinə "Faşizm" simvolunu həkk edən keçmiş məhkum silahının olmasına özünəməxsus tərzdə bəraət qazandırıb.
"Silahdır lazım olar. Kişinin silahı olar", - deyə o, ifadəsində bildirib.
Ətraflı süjetdə.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31