Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb - FOTO
3 Sentyabr 2022 18:47 KriminalŞabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.
Olaylar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov adlı şəxs tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31