8 evi qarət edən şəxs yaxalanıb
22 Avqust 2022 15:32 KriminalPaytaxt Bakıda silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda 1207 manat, 900 ABŞ dolları, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31