Bakıda evlərdən oğurluq edən SAXLANILDI - RƏSMİ
22 Avqust 2022 11:33 KriminalBakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Ç.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31