Həkimin intiharı ilə bağlı cinayət işi açıldı
22 Avqust 2022 10:36 KriminalLənkəranda stomotoloqun intiharı ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Hazırda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış iş üzrə araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31