Qazaxıstanda faciə yaşandı- 2 POLİS ƏMƏKDAŞI OLMAQLA, 5 NƏFƏR HƏYATINI İTİRDİ

Olaylar.az-ın xarici bürosu xəbər verir ki, Qazaxıstanda odlu silahla açılan atəş nəticəsində faciə yaşanıb.

Məhkəmə vətəndaşın evi tərk etməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən polis əməkdaşları mənzilə yollanıb. Ev sahibi evi  tərk etməmək üçün müqavimət göstərib və odlu silaha əl atıb. Ev sahibinin silahdan açdığı atəş nəticəsində 5 nəfər yerindəcə həyatını itirib. Həyatını itirənlərdən 2 nəfər polis əməkdaşıdır. Hadisə Qazaxıstanın "Almatı" şəhərində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31