Öncə həyat yoldaşını daha sonra özünü silahla vuraraq intihar etdi

Giresunun Eynesil rayonunda mexanik ər naməlum səbəbdən əvvəl həyat yoldaşını, sonra özünü güllələyərək intihar edib. Ölən qadının təxminən 2 ildir sağalmaz bir xəstəliklə mübarizə apardığı qeyd edilib 

Olaylar.az xəbər verir ki, Eynesilin Gümüşçay məhəlləsində yaşayan və rayonda avtomobil elektrik ustası işləyən Murat Çetin həyat yoldaşı Şennur Çetini naməlum səbəbdən silahla sinəsindən vurduqdan sonra, eyni silahla özünü öldürərək intihar edib. 

Bir müddət əvvəl əsgərlikdən gəldiyi öyrənilən cütlüyün yeganə oğlunun hadisə vaxtı evdə olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31