Timur Bekmansurov psixiatrik müayinədən keçəcək

18 yaşlı Timur Bekmansurov hələ də xəstəxanadadır və vəziyyətinin ağır olduğu bildirilir.

Olaylar.az xəbər verir ki,  Tibbi mənbələrdən TASS -a verilən məlumata görə, sentyabrın 20-də  Perm Dövlət Universitetində atəş açan tələbə hərtərəfli psixiatrik müayinədən keçəcək.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Perm Dövlət Universitetində baş verən atışma nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. Universitet tələbəsi olan təcavüzkar polisə müqavimət göstərərkən   yaralanıb. İstintaq Komitəsi cinayəti törədənə qarşı çoxsaylı qətl ittihamı irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31