Həvalə keçirən qadın atasının boğazını kəsdi-FOTO
21 Sentyabr 2021 15:19 KriminalManisada həvalə keçirən qadın atasının başını kəsdikdən sonra, bacısına "get bax, öldümü?" deyə etiraf edib.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, atası Recep Akkoyun ilə mübahisə edən 36 yaşlı Sultan Coşkun evdə heç kimin olmamasından istifadə edərək, atasının boğazını kəsib. Daha sonra bacısı Selma Akkoyunun yanına gedərək atasını öldürdüyünü söyləyən gənc qadın, xəbər verildikdən sonra hadisə yerinə gələn jandarma qrupları tərəfindən nəzarətə alınıb.
Cinayətin evdə olmadığı zaman törədildiyini ifadə edən cinayətkarın bacısı Selma Akkoyun: "Evdə deyildim. Bacım yanıma gəldi və atamı bıçaqladım, get gör öldümü? Ölü deyilsə, təcili yardım çağırın dedi".
Hadisə yerinə gələn təcili yardım qrupları müdaxilə zamanı qocanın öldüyünü təyin edib. Qızı tərəfindən öldürülən qocanın cəsədi Hadisə Yeri Araşdırma (Oİ) qruplarının müayinəsindən sonra ilkin ekspertiza üçün Kula Dövlət Xəstəxanası morquna aparılıb.