Qusar sakini ehtiyatsızlıqdan özünü güllələdi

Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Olaylar.az-a verilən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31