Ombudsmandan ana və körpəsinin ölümünə reaksiya
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb
2 Sentyabr 2021 16:05 KriminalAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb. "Olaylar"xəbər verir ki, məlumatda deyilir: "Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir".
Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.