Çay evində qəlyan xidməti göstərən 3 nəfər cərimələndi

 Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəlyan xidməti göstərən obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Olaylar”a verilən məlumata görə, Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəlyan xidməti göstərən obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Olaylar"a verilən məlumata görə, Masallı şəhəri ərazisində yerləşən "Retro" çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilib. Karantin qaydalarının pozulduğu həmin obyektin icarədarı və iki müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31