Rusiyanın helikopteri qəzaya uğrayıb, 8 nəfər ölüb
Rusiyanın Kamçatka bölgəsində göyərtəsində 13 turist və üç ekipaj üzvü olan Mİ-8 helikopteri qəzaya uğrayıb.
12 Avqust 2021 11:09 KriminalOlaylar.az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın Kamçatka bölgəsində göyərtəsində 13 turist və üç ekipaj üzvü olan Mİ-8 helikopteri qəzaya uğrayıb.
Hadisə zamanı helikopterdə olan 9 nəfər sağ qalıb. Digər 8 nəfərin isə öldüyü bildirilir.
Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter "Yelizovo" hava limanından 200 kilometr məsafədəki Kurilsk gölünə düşüb.Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31