Qaxda yol qəzası: Beş nəfər xəsarət aldı - FOTO

Qax rayonunda yol qəzası baş verib

 

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kim müharibə istəyir? – DAĞIDILMIŞ ERMƏNİ ORDUSU, YOXSA...

Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarında dayanmış "Mercedes" markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza zamanı hər iki avtomobildə olan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31