SON DƏQİQƏ: Bakıda güclü yanğın, 1 nəfər özünü BİNADAN ATDI
10 Aprel 2019 12:22 KriminalBakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb.
Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.
***
Bakıda Babək prospektində yerləşən yataqxana yanır.
Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binadan aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31