Bərdədə bitişik iki ev yanıb

Bərdə şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, nəticədə ümumi sahəsi 42 kv.m olan bir otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə və bitişik ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə kondisioner qismən əriyib. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31