Şəkidə mağaza külə dönüb

Şəki rayonu, Baş Küngüt kəndində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümümi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31