İnsan alverində təqsirləndirilən qadına hökm oxundu
9 Mart 2016 17:17 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən İrina Qəmbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb. Report bildirir ki, hakim Azər Orcuovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Qəmbərova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31