İqtisadiyyat

Respublikaya daxil olan 498 vaqon dezinfeksiya olunub

11 Dekabr 2018 17:18

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsinin əsas vəzifəsi dəmir yolu vasitəsi ilə daşınan heyvanların (iribuynuzlu, quş, arı ailələri, balıq, xəzdərili və s. heyvanlar daxil olmaqla), həmçinin yemlərin baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təmin etmək, heyvanların xəstələnməsinin və ölümünün qarşısını almaq, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən əhalini qorumaq, ümumilikdə, dəmir yolu ilə daşınma zamanı respublika ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq və profilaktik tədbirlər görməkdir.

“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

11 Dekabr 2018 17:06

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir. Yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha iri həcmli İnternet paketini əldə edən hər bir Bakcell abunəçisinə eyni həcmdə PULSUZ 4G trafik hədiyyə olunacaq.

Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlandı

11 Dekabr 2018 15:21

2018-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 1552,8 min nəfər olub. Onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 Dekabr 2018 14:34

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub. Nazirlikdən “Olaylar”a bildirilib ki, bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji proqram və sənədlərdə, o cümlədən "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol Xəritələrində öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi” ilə eynilik təşkil edir.

“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb

11 Dekabr 2018 14:28

Bütün sahələrdə olduğu kimi “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.

Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

11 Dekabr 2018 14:25

12 dekabr Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11 Dekabr 2018 13:24

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunmuş məşğulluq sərgisində iştirak edib.

Türk həkimlərindən yeni elmi ixtira

10 Dekabr 2018 20:35

Türkiyə Ərzurum Atatürk Universitetinin Tibb Fakültəsinin mütəxəssisləri müdhiş bir elmi ixtiraya imza atıblar . Dünyada insanların 50 faizində mövcud olan və müalicə edilmədiyində oniki bağırsaq, mədə yarasına bir çox halda da mədə xərçənginə səbəb olan helikobakteri polyori bakteriyasının alınan nəfəs təhliliylə 30 dəqiqədə müəyyən edilir.