Ölkədə aparılan uğurlu islahatlar nəticəsində hər il əhalinin gəlirləri artır

Tural Nəbiyev: “Prezident İlham Əliyevin siyasəti hər zaman xalqa söykənir”

Tural Nəbiyev: "Prezident İlham Əliyevin siyasəti hər zaman xalqa söykənir"

"Bu gün bu imzalanan proqramların əhəmiyyətini məhz bölgələrdə yaşayanlar daha yaxşı bilir. Dövlət hər zaman öz diqqət mərkəzində saxladığı bu proqramlar icra olunur və icra olunduqca rayonlara, qəsəbələrə, kəndlərə öz təsirini göstərir.Müsbət cəhətdən öz təsirini göstərən bu proqramların icrası ilə artıq rayonlar əsaslı şəkildə dəyişilir.Nəzərə alaq ki, Füzuli rayonu ermənilər tərəfindən dağıdılmış, məhv edilmişdir. 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə görkəmli siyasi xadim Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilib. Daha sonra Horadiz və işğaldan azad olunmuş digər yaşayış bərpa olunub. Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərdən artıq əhali yaşayır. 50 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb.

2007-ci il oktyabr ayında Cənab Prezidentimizin Horadizə şəhər statusu verməsi ilə Horadizdə yenidən qurma işlərinə start verildi. Ermənilər tərəfindən yandırılan,dağıdılan evlərin tikilməsi, yolların bərpası başlanıldı. Rayonda iri layihələr həyata keçirilməyə başladı,rayonumuz mavi yanacaqla təmin olunmağa başlandı. Rayonun ərazisində 11 Qayıdış qəsəbəsi,5 Zobucuq,1 FİN qəsəbləri salındı.Digər rayonlarda məcburi köçkün həytatı yaşamağa məhkum edilmiş əhali həmin qəsəbələrə köçürüldü. Horadiz şəhərində müassir Muğam Mərkəzi,Olimpiya İdman Kompleksi,Tibbi Diaqnostika Mərkəzi istifadəyə verildi ki,Cənab Prezidentimiz bunların açılışını bilavasitə özü etdi. Xüsusilə 2011-ci ildən başlayaraq rayonda tikinti quruculuq işləri sürətli şəkildə dövlətimizin, cənab Prezidentimizin diqqət və qayğısı ilə icra olunmağa başladı." Bu fikirləri Olylar.az -a YAP Füzuli rayon təşkilatı Gənclər birliyinin və Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev bildirib.

Tural Nəbiyev qeyd edir ki, 2012-ci il dekab ayının 15-də Cənab Prezident Füzuliyə Horadizə səfər edərkən 1600 kvadratmetr sahəsi olan Heydər Əliyev Mərkəzinin, ərazisi 3,5 hektar olan Heydər parkının, Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binasının, ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli , 135 tamaşaçı yeri olan Mədəniyyət sarayının yeni binasının, ümumi sahəsi 500 kvadratmetr olan Şahmat məktəbinin, Dəmir yol vağzalının yeni təmirdən çıxan binasının, 240 yerlik tam orta məktəb binasının, ikimərtəbəli, ümumi sahəsi 980 kvadratmet , bilyard otağı, tikiş dərnəyi, rəsm dərnəyi, linqafon otağı,sürətli internet quraşdırılmış kompyüter otaqları olan Gənclər evinin açılışını etdi.Əhmədbəyli kəndi istiqamətində iki hektar ərazidə inşa olunmuş ümumi tutumu 5 min Soyuducu anbar kompleksinin, Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuş, ümumi gücü 25,2 meqavat olan Füzuli Su Elektrik Stansiyasının açılışlarını da Cənab Prezidentimiz özü etdi. Bundan başqa yolları,küçələri,məhəllə daxili yolları yenilənir,yeni-yeni infrasturuktur layihələri həyata keçirilir. Bir daha bölgələrin sosial-iqtisadi inkişafına misal olaraq məhz Füzulini,Horadizi misal göstərmək kifayətdir. Yeni açılan obyektlər camaatımızın boş vaxtlarını səmərəli keçirmələrinə, yaxşı istirahət etmələrinə xidmət etdiyi kimi eyni zamanda yeni iş yerlərinin radılması deməkdir: "Belə ki, yeni açılan obyektlərdə camaatımız işlə təmin olunur,maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün imkan əldə edirlər.Füzulilər dövlətin diqqət və qayğısını hər zaman hiss ediblər.Belə ki Füzulinin inkişafı sadaladıqlarımla bitməmişdir. Tikinti quruculuq işləri bundan sonra daha da sürətlənmişdir. Məhz 2012-ci ildən sonra Cənab Prezidentin Füzuliyə daha iki dəfə səfər etməsi və səfərlər zamanı yeni açılışlar etməsi söyləninənlərə sübutdur.Ölkə başçısı 2014-cü il avqustun 28-də Füzuliyə səfəri zamanı isə Horadiz şəhərinin ən yüksək nöqtəsində 10 ha ərazidə Bayraq meydanının, Boulinq zalının, rayon İcra Hakimiyyətinin inzibati binasının, Uşaq bağçasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal binanın, Qəhrəmanlar Parkının, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib."

"13 noyabr 2016-ci ildə səfərləri zamanı isə Cənab Prezidentimiz Horadizdə sahəsi 324 kvadratmetr olan,iki mərtəbəli Rəsm Qalareyasının, ümumi sahəsi 586 kvadratmetr olan, 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək Azərxalça Toxuculuq fabrikinin Füzuli filialının inzibati binasının, tikinti sahəsi isə 450 kvadratmet, sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı olan Avtovağzalın, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev-20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlı, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəyi FİN qəsəbəsinin və digər obyektlərin açılışlarını etdi. Füzuli sakinləri ilə görüşündə Cənab Prezident Horadizi Gülüstana bənzədərək,ermənistanın paytaxtı ilə,bir sıra avropa şəhərləri ilə müqaisə etdi.2016-cı ildə səfəri zamanı rayon ictimayəti ilə görüşündə Cənab Prezident "Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir - Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin, demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz. " fikirləri söyləmişdir. Bəli bütün bunların nəticəsidir ki, 2016-cı il Aprel döyüşləri zamanı camaatımız öz evlərini,yurd-yuvalarını tərk etmədilər.Bu ordumuza olan inamın,dövlətimizə,dövlət başçımıza,Ali Baş Komandanımız İlham Əliyevə olan inamın nəticəsi idi. Bütün bu inkişafı,dövlətin qayğısını hiss edən füzulilər hər zaman dövlətə sadiqdirlər,dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyirlər."

YAP Füzuli rayon təşkilatı Gənclər birliyinin və Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev bildirir ki, Füzuli rayonu kənd təsrrüfatı rayonudur: "Taxılçılıq, maldarlıq, bostan-tərəvəz məhsulları rayonun əsas fəaliyyət sahələri sayılır. Hazırda respublikamız üzrə ən çox taxıl istehsal edən 3 rayondan biri məhz Füzuli rayonudur. Nəzərə almaq lazımdır ki, bu istehsal olunan kənd təsərrüfatı məhsulları rayonun 22 yaşayış məntəqəsi üzrə olan göstəricilərdir. Hazırda Füzuli rayonunun 70 faizi işğal altındadır. Ancaq buna baxmayaraq, bəzi yaşayış məntəqələrimizin düşmənlə təmas xəttinda olması əhalimiz öz təsərrüfat işini davam etdirirməsinə heç bir maneə törətmir. 2016-cı ildə rayonumuz rekord həddə 120 min ton taxıl istehsal etmişdir. Ancaq son illərdə pambıqçılığın,ipəkçiliyin inkişafı əlavə gəlir yerlərinin olması və camaatın gəlir əldə etməsinə şərait yaratmışdır. İndi rayonumuzda bu sahələrə də maraq artmaqdadır. Artıq 3 ildir ki, rayonumuzda pambıqçılıq və ipəkçilik də inkişaf etməkdədir. 2017-ci ildə barama istehsalına republika üzrə Füzuli rayonu 2-ci yeri,2018-ci ildə isə 3-yeri tutmuşdur. Füzulidə 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalında əkilmiş 36082 ha ərazidən 103076 ton taxıl məhsulu əldə edilib, 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 ha ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb, 2050 ha ərazidə pambıq əkilib, 25 tona yaxın yaş barama istehsal edilib. 2018-ci ilin 9 ayı ərzində Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq Füzuli rayonunda 108217 ton taxıl istehsal olunub, 2100 ha sahədə pambıq əkilib, 38 tondan artıq yaş barama istehsal olunub.

Artıq 2019-cu ilin məhsul praqnozları da yüksək məhsuldarlıqdan xəbər verir. Belə ki, 2019-cu ildə 36700 hektardan çox sahədə buğda və arpa əkilməsi, 37800 kq barama əldə edilməsi, 1000 hektar pambıq, 1000 hektar isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulur. Bütün bu sadalanan rəqəmlər nail olmaq dövlətimizin kənd təsərrüfatına verdiyi dəstək sayəsində həyata keçirilir. 2017-ci ildə də Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır."

"Rayonumuzda bir sıra qədimi abidələr mövcuddur. Bunlara BabıTürbəsini misal çəkmək olar.Türbə H.Əliyev Fondu tərəfindən abadlaşdırılmış rayon əhalisi və gələn turistlərin istifadəsinə verilmişdir. Bundan başqa Horadiz şəhəri 2016-cı ildə Fransanın Altkirch şəhəri ilə qardaşlaşma memarandumu imzalamışdır. Hazırda Horadiz şəhərində bir küçə məhz Altkirich küçəsi adlanır və bu küçənin açılışını məhz Fransadan gələn nümayəndə heyyəti etmişdir. Bundan başqa rayonda aparılan tikinti quruculuq işləri də turizmin inkişafına böyük töhfədir. Bu gün rayon daxilində fəaliyyət göstərən Qarabağ istirahət mərkəzi və Hoteli də turistlərin, rayonumuza gələn yerli və xarici qonaqların istirahət etməsinə, gecələyə bilməsinə xidmət edir. Rayonumuzda Rəsm Qalareyası, Tarix diyarşünaslıq Muzeyi, H.Əliyev Mərkəzi, Bayraq Meydanı və tikilməkdə olan Bayraq Muzeyi dövlətimizin turizmin inkişafı üçün, insanlarımızın boş vaxtlarını səmərəli keçirmələri üçün atdığı addımlar sırasındadır.Turizm sahəsində dövlətin atdığı bir sıra addımlar gələcəkdə turizmin inkişafına da öz müsbət təsirini göstərəcəkdir".

Tural Nəbiyev qeyd edir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu artıq 15 ildir uğurla davam etdirir: "Prezident İlham Əliyevin siyasəti hər zaman xalqa söykənir və ölkədə sabitliyin, rifahın, əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə xidmət edir. Ölkədə aparılan uğurlu islahatlar nəticəsində hər il əhalinin gəlirləri artır."

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31