İrəvanın mərkəzində atışma: yaralı var

Dünən gecə İrəvanın mərkəzində atışma baş verib.

Hadisə nəticəsində 1 nəfər yaralanıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Atışmanın baş verdiyi evin yaxınlığından İrəvan polisi 20 boş giliz tapıb.

Şahidlərin dediyinə görə, bir nəfər ov tüfəngindən evə tərəf atəş açmağa başlayıb. Atəşi dayandırmağa çağıran bir nəfəri isə yaralayıb. Yalnız polisin müdaxiləsindən sonra o, atəşi dayandırıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31