İqtisadiyyat

“DaimOnline” kampaniyası daha iki universitetdə

13 Dekabr 2018 16:23

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini gənc istifadəçilərə tanıtmaq məqsədilə daha iki universitetin tələbələri üçün maraqlı aksiya təşkil edib.

Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalandı

13 Dekabr 2018 14:22

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən tanınmış “Makeblock” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu barədə məlumat “OLAYLAR”-a liseydən daxil olub. Bildirilib ki, dünyanın 140 ölkəsində 20 mindən çox məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir.

Asiya İnkişaf Bankı ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

13 Dekabr 2018 13:57

Asiya İnkişaf Bankının (AİB) yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib. S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan tam şəffaf, sadə və əlçatan prosedurlarla təqdim edilməsi üçün aparılan islahatlar barədə məlumat verib. O, həmçinin sosial təminat, o cümlədən pensiya təyinatı sisteminin elektron infrastruktur üzərində təkmilləşdirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

Özəl klinikalar vergidən necə yayınırlar?

13 Dekabr 2018 13:45

Bu işdə qara mühasibatlıq hansı rolu oynayır?

İslahatların hədəfi özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır

13 Dekabr 2018 13:17

Natiq Şirinov: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” Ölkə parlameti tərəfindən təsdiq edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, 2019-cu ildən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər tətbiq olunacaq. Yeniliklərin əsas istiqamətlərindən biri vergi və sosial sığorta yükünün aşağı salınması və optimallaşdırılması, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödəniş siste­minin leqallaşdırılmasıdır. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov həmin dəyişikliklərə aydınlıq gətirib.

Regionların simasını dəyişdirən dövlət proqramları

12 Dekabr 2018 11:34

Şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb