Dövlət Proqramları ölkə regionlarının davamlı inkişafını təmin edir

Regional proqramlar iqtisadiyyatımızın gələcək perspektivləri barəsində müsbət rəy formalaşdırmağı bacarıb “Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008,2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra olunmaqdadır. Həmin proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb. Regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biri və başlıcasıdır.

Regional proqramlar iqtisadiyyatımızın gələcək perspektivləri barəsində müsbət rəy formalaşdırmağı bacarıb

"Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008,2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra olunmaqdadır. Həmin proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb. Regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biri və başlıcasıdır. Bunun nəticəsidir ki, artıq ölkəmizdə yalnız paytaxt Bakı şəhəri deyil, eyni zamanda digər rayon və kəndlərimizdə iqtisadi sferada nəzərə çarpacaq dərəcədə inkişaf hiss olunur. Azərbaycanın əsas gəlir mənbəyi neft sektoru ilə bağlıdır. Lakin, hal-hazırda bu kimi proqramların həyata keçirilməsi ilə neftdən asılılığımızı azaltmaqla yanaşı bölgələrdə yaşayan əhalinin də gəlirini artıracaq. Bundan da əlavə işsizlik minimum həddə çatdırılacaq. Bölgələrimizdə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə inkişaf nəzərə çarpır. Hazırda həyata keçirilməkdə olan proqramlar iqtisadiyyatımızın gələcək perspektivləri barəsində müsbət bir rəy formalaşdırmağı bacarıb".

Bu fikirləri Olaylar.az-a Tətbiqi Politologiya Mərkəzinin eksperti Rusif Məmmədsoy deyib.

Ümumilikdə 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib

O bildirib ki, əsas diqqətimizi çəkən məsələlərdən biri də məhz kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Hansı ki, hazırda bu sahədə əhəmiyyətli addımlar atılır:

Ümumilikdə 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib

"Buna misal kimi kənd təsərrüfatı texnikasının alınmasının daha da sadələşdirilməsini göstərə bilərik. Məsələn bugünə qədər fermerlər kənd təsərrüfatı texnikasını satın almaq üçün "aqrolizinq" vasitəsilə müqavilə bağlayırdısa, hazırda bu istiqamətdə də prosedur sadələşdirilib. Belə ki, artıq fermerlərin imzaladığı həmin müqavilələr səlahiyyətli banklarda birbaşa tədarükçülərlə qeydiyyata alınacaq.  Daha dəqiq desək, Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40%-ni subsidiya şəklində ödəyəcək. Fermer 20% ilkin ödəniş edəcək, qalan 40% isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bundan da əlavə damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək. Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək. Ümumilikdə 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84) və bağçılıq (19) ilk yerləri tutub.

Beləliklə, ölkəmiz idxalçıdan ixrac edən tərəfə çevrilməkdə böyük addımlar atır. Qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri bununla yekunlaşmır təbii ki. Eyni zamanda barama istehsalı texnologiyası yaradılır, tərəvəzçilik, bitkiçilik, arıçılıq da inkişaf mərhələsinə qədəm qoyub".

Respublikada turizmin inkişafı üçün böyük məbləğdə yatırımlar həyata keçirilir

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı başlıca prioritetlərdən olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub:

"Bu baxımdan ölkədə turizmin inkişafına da xüsusi diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, bölgələrimizdə bir-birindən gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynanıb. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da zəmin yaradır.

Ölkəmizdə qeyri-neft sektoru kimi yalnız kənd təsərrüfatına deyil, eyni zamanda turizmin inkişafı üçün də böyük məbləğdə yatırımlar həyata keçirilir. Bu mənada rayonlarda və kəndlərdə infrastruktur və yenidənqurma işləri həyata keçirilir. Bunun əsas səbəbi yerli əhalinin rifahı və turizmin inkişafına yönəlib. Son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhvəsini verir. Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Azərbaycan turizmin inkişafı cəhətdən olduqca vacib və əhəmiyyətli coğrafi məkanda yerləşir. Bundan əlavə ölkəmiz  çox gözəl təbiətə sahibdir".

Ölkədə kənd təsərrüfatının inkişafı diqqəti cəlb edir

R. Məmmədsoy vurğulayıb ki, bütün bunlar təhsilin də əhəmiyyətini birə beş artırır: "Bu səbəbdən də ölkə başçısının səyləri nəticəsində gənclərimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil ala bilir. Daha sonra isə həmin gənclər mütəxəssis kimi ölkəmizə geri dönərək neft və ya qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Bu il dövlət başçısı İlham Əliyev bir çox sahələrdə kadr dəyişikliyi etdi. Məsələn, Kənd Təsərrüfatı Naziri İnam Kərimovu qeyd edə bilərik. Onun gəlişindən sonra kənd təsərrüfatının inkişafı diqqətimizi cəlb edir".

Həyata keçirilən bu proqramlar aqroparklar, sənaye məhəllələri, pambıqçılıq, üzümçülük, baramaçılıq, çayçılıq, kartofçuluq, tərəvəzçilik, taxılçılığın inkişafına da öz təsirini göstərməkdədir.

Bildiyiniz kimi dünya neft bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Lakin, bu ölkəmiz üçün təhlükə törətmədi. İstənilən halda yürüdülən uğurlu siyasət nəticəsində bu kimi halların yenidən yaşanacağı təqdirdə neftdən asılılığımız xeyli azalacaq və ölkəmizin iqtisadi qüdrəti artacaq".

Azərbaycan Ermənistanı bütün regional layihələrdən kənarda qoyaraq təcrid etmə siyasəti aparır

Ekspert onu da deyib ki, Azərbaycana investisiya qoyuluşu  bir çox böyük dövlətlərin maraq dairəsindədir:

"Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən böyük neft şirkətlərindən biri olan BP (British Petroleum) ilə uzun illərdir əməkdaşlıq edir.

Azərbaycan Respublikasının iqtisadi inkişafı , xüsusilə də bu il həyata keçirilmiş Bakı-Tbilisi-Qars , Bakı-Astara-Rəşt dəmiryolu xəttləri ölkəmizin inkişafı üçün də olduqca əhəmiyyətlidir. Həmin dəmiryolu layihələri bizə yalnız pul gətirmir, eyni zamanda biz bir növ bununla işğalçı Ermənistanı bütün regional layihələrdən kənarda qoyaraq təcrid etmə siyasəti aparırıq. Bunun da uğurla yekunlaşacağına inanırıq".

Regional proqramların uğurla icrası bölgələrimizin simasını dəyişib. Bu gün istər paytaxt Bakı şəhəri, istərsə də  bölgələrdə yaşayan əhali imzalanan proqramların əhəmiyyətini görməkdədir. Dövlət Proqramının uğurla icrası müasir və müstəqil Azərbaycanı inkişaf etdirir. Bu inkişafın təməlində Azərbaycanımızın inkişafı və tərəqqisində silinməz izlər qoyan ümumilli lider Heydər Əliyevin, layiqli davamçısı, siyasi varisi, cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş, gələcəyə hesablanmış, və məqsədyönlü siyasət dayanır. Son 15 il ərzində görülən işlər də bunun bariz nümunəsidir. 15 il kimi qısa bir müddət ərzində bütün sahələrdə aparılan islahatlar öz nəticəsini verib. Davamlı islahatlar ölkəmizi kompleks şəklində inkişaf etdirməlkə yanaşı vətəndaşların sosial-rifahını da yaxşılaşdırdı. Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramının əhalinin sosial-rifah halının yaxşılaşdırılmasında xüsusi rolu var. Müxtəlif  bölgələrimizdə fəaliyyətə başalayan müəssisələr əhalinin məşğulluunu təmin edir, onları daimi iş yerləri ilə təmin edir. Əhalinin məşğulluğunun təmin olunmasında özəlliklə kənd təsərrüfatı xüsusi yer tutur.

Bu gün ölkəmizin siyasi, iqtisadi imkanları inkişaf edib və genişləndirilib. Azərbaycan irimiqyaslı layihələrə imza ataraq beynəlxalq arenada öz sözünü deyib. Bunun nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır ki, bu da ölkəmizlə əməkdaşlıq etmək istəyən inkişaf etmiş dövlətlərin sayını artırır.

Bütün bu inkişafda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının xüsusi rolu var. Dövlət Proqramının uğurla icrası regionların hərtərəfli, kompleks şəklində inkişafını təmin etməklə yanaşı bütövlükdə Azərbaycan iqtisadiyyatının davamlılığına və gücləndirilməsinə şərait yaradır.  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31