İqtisadiyyat

Azərbaycanda turizm sektorunun inkişafı üçün lazım olan bütün strukturlar yaradılıb

8 Yanvar 2019 16:03

Kənan Paşayev: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkə iqtisadiyyatının daha güclü olmasına xidmət edir. Geridə buraxdığımız ötən ildə Azərbaycan dünyanın geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə çevrildi. Respublikamızın bütün aspektlər üzrə inkişafı nəticəsində bu gün beynəlxalq aləmdə uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi qəbul edilirik. Qazanılan bu nüfuzda ölkədə aparılan siyasi-iqtisadi islahatların mühüm rolu var. Güclü iqtisadiyyatımız gənc, müstəqil respublikamızı bu gün dünyanın inkişaf etmiş ölkələri arasında söz sahibinə çevirən səbəblərdən biridir. Regionların inkişafı isə ümumilikdə ölkə şaxələnmiş iqtisadiyyatına müsbət təsir edir. Qazanılan uğurlar isə ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırır. Bütün bu inkişafın təməlində ölkə prezidentinin apardığı uzaqgörən, düşünülmüş siyasət dayanır.

Bu yolda rənglənmə işləri aparılacaq

8 Yanvar 2019 14:24

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Yeni ilin ilk hərracında 15 dövlət əmlakı özəlləşdirilidi

8 Yanvar 2019 14:22

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirilib. Komitədən “Olaylar”a bildirilib ki, ilin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdi.

AQTA qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə nəzarət tədbirlərini davam etdirir

8 Yanvar 2019 12:39

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Belə ki, indiyədəkbir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. “OLAYLAR” AQTA-ya istinadən xəbər verir ki, bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

“Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən 83250 müraciət edilib

7 Yanvar 2019 17:29

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. “OLAYLAR” –a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, 2018-ci ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı çoxsaylı müraciətlər daxil olub.

Bu gün Azərbaycanın dünyada uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır

7 Yanvar 2019 14:56

Nailə İsmayılova: “Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biri də kənd təsərrüfatının inkişafıdır”

Əhalisinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir

7 Yanvar 2019 13:42

Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır. Bu islahatların ən mühüm tərkib hissəsi vətəndaşlarımıza göstərilən səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallılığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır.

Torpaqdan qanunsuz istifadəyə nəzarət gücləndirilir

7 Yanvar 2019 13:21

Qanun pozuntularına qarşı cəzalar sərtləşdirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına uyğun olaraq torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

7 Yanvar 2019 12:54

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

Vüqar Hüseynov KTN-ın mətbuat katibi təyin edildi

7 Yanvar 2019 12:52

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.“Olaylar”adaxil olan məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub.

“İnstagram” Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

4 Yanvar 2019 18:52

"Azercell Telekom” MMC-nin rəsmi "İnstagram” səhifəsi www.instagram.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb.

Bolqarıstan və Xorvatiya 5 il ərzində avrozonaya daxil ola bilər

4 Yanvar 2019 17:12

Avropa Mərkəzi Bankı 5 il ərzində avrozonanın genişlənəcəyi barədə məlumat verib. Qurumun mətbuat katibi Bolqarıstan və Xorvatiyanın namizədlər sırasında olduğunu diqqətə çatdırıb.

Keçən il çoxmərtəbəli binalar üzrə 27598 mənzildə təbii qazın açılması təmin olunub

4 Yanvar 2019 15:50

“Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Qurumdan “OLAYLAR”-a bildirilib ki, həmin binalarda ümumilikdə 27598 ailə yaşayır.