“Azərişıq”da gücləndirilmiş iş rejimi davam edir
“Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. "Azərişıq" ASC-nin əməkdaşlarl elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər”. “Olaylar” xəbər verir ki, bu barədə "Azərişıq"ın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:
18 Yanvar 2019 13:36 Energetika"Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. "Azərişıq" ASC-nin əməkdaşlarl elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər". "Olaylar" xəbər verir ki, bu barədə "Azərişıq"ın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:
"Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər.Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər.Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".