Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Bakı Xətai Sənət Mərkəzində "Azadlıq aşiqləri günü-20 Yanvar" adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib.  Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışıb, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğu qeyd ediblər.

Qeyd edilib ki, müsabiqəyə 400-ə yaxın uşaq 700-dək əsərlə qatılıb. Münsiflər heyətinin qərarı ilə 110 uşağın işi sərgidə nümayiş edilmək üçün seçilib. Sərgidə nümayiş olunan120-dək sənət əsərinin müəllifləri sonda diplomla təltif olunublar.

Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaş qədər və 12-17 yaşarası aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31