Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub
Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. “OLAYLAR” xəbər verir ki. yığıncaqda bir sıra vacib məsələlər müzakirə olunub.
18 Yanvar 2019 12:55 NəqliyyatBakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. "OLAYLAR" xəbər verir ki. yığıncaqda bir sıra vacib məsələlər müzakirə olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun sədrliyi ilə keçən müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. BTNM-in rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.
İki gün davam edən yığıncaqda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları" Milli Şirkəti İdarə heyətinin sədr müavini Sanjar Yelyubayev, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri David Peradze, Ukrayna Dəmir Yolları İdarə Heyətinin üzvü Remiqiuş Paşkeviç, Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" SC-nin sədri Abay Turikpenbayev, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun iştirakı ilə müvafiq protokol imzalanıb.