Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur

26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun 15 km-lik hissəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki. sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının  40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla  qazılaraq çıxarılıb. Qazılmış hissələrin  yenidən bərpası  və tələb olunan hissələrdə  yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kub.m həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub.m  torpaq yatağının tikintisi işləri aparılıb.

Layihəyə uyğun olaraq yolun çiyin hissələri 20 sm hündürlüyündə karxana çınqılı və optimal çınqıl materialı ilə bərkidilib, yol birləşmələri 720 kv.m sahədə təmir olunub.

Respublika əhəmiyyətli və III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5.3 km olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət 3 km-lik Şəfəq qəsəbəsinin daxilindən keçən və 2.3 km-lik ziyarətgaha gedən yoldan gedir.

Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10   km göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31