İqtisadiyyat
Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və ölkənin ən nüfuzlu banklardan biri olan Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Maliyyə və bank sektorunda “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan “Premium Bank”la imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif sahələrdə birgə layihələrin icra edilməsini nəzərdə tutur.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir
AQTA Türkiyəyə soğan ixrac edən sahibkarlara müraciət etdi
Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub.
"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur
"Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır. Çünki Bakı metropoliteninin özünəməxsus xüsusiyyətləri insan kapitalına fərqli yanaşma tələb edir. Bu mənada mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur.
AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq
Sosial evlərin satışında şəffaflığı necə artırmaq olar?
İqlim dəyişkənliklərinin fəsadları
Tərəvəzlər qida rasionunda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullardan biri hesab edilir. Tərkibində insan orqanizmi üçün xeyirli olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvi turşuların, aromatik maddələrin və qələvilərin olduğunu nəzərə alsaq, gün ərzində ortalam 300-400 qr müxtəlif növ tərəvəzlərlə qidalanmaq olduqca vacibdir. Bu gün elmə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz mövcuddur. Tərəvəzlər açıq torpaq sahəsində və istixana-parnik şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişkənlikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixana istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin il boyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün insan tərəvəzlə hər gün qidalanmalıdır ki, bu məsələdə örtülü sahə tərəvəzçiliyinin rolu böyükdür.
Qazaxda Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Regional proqramlar bölgələrdə yol infrastrukturunu inkişaf etdirib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası müvəffəqiyyətlə başa çatdırılıb. Respublikamızda bu vaxtadək regionların sosial-iqtisadi inişafına dair 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç Dövlət Proqramı yerinə yetirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanıb və artıq işlər başa çatmaqdadır. Ölkəmizdə həyata keçirilən uğurlu, uzaqgörən, düşünülmüş inkişaf strategiyası əsasında reallaşdırılan layihələr Azərbaycanı beynəlxalq aləmdə ən qabaqcıl, söz sahibi ölkələr sırasına çıxarıb. Uğurlu başa çatan hər üç dövlət proqramlarının qarşıya qoyduğu əsas vəzifələr, yəni, regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin sosial rifahının gücləndirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasını xarakterizə edən əsas cəhətlər müvəffəqiyyətlə yerinə yetirilib.
"Sahibkarlığın inkişafı ilə özəl sektorun iqtisadiyyatdakı çəkisi daha da artır"
“Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti istifadəyə verilib
Vergilər Nazirliyi ilə QTA arasında anlaşma memorandumu imzalanıb
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların
Azərbaycan dünyada böyük etimad qazanan ölkədir
İlham Əliyev: “İqtisadi cəhətdən güclü olan Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür”
Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur
Ağstafa rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir.

.jpg)
.jpg)
.jpg)
.jpg)





.jpg)
.jpg)


.jpg)