Azərbaycan məhsulları “Fruit Logistica 2019” sərgisində nümayiş olunub

Almaniyanın Berlin şəhərində "Fruit Logistica 2019" beynəlxalq meyvə və tərəvəz sərgisi keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı  sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib.

"Fruit Logistica 2019" beynəlxalq meyvə və tərəvəz sərgisi 2 gün davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31