İstanbulda 22-ci Avrasiya İqtisadi Zirvəsi başladı

Türkiyənin İstanbul şəhərində 22-ci Avrasiya İqtisadi Zirvəsi keçirilir. “OLAYLAR” xəbər verir ki, iki gün davam edəcək zirvədə Azərbaycandan da dövlət və hökumət rəsmiləri, millət vəkillərinin iştirakı ilə geniş tərkibdə nümayəndə heyəti iştirak edir.

Türkiyənin İstanbul şəhərində 22-ci Avrasiya İqtisadi Zirvəsi keçirilir. "OLAYLAR" xəbər verir ki, iki gün davam edəcək zirvədə Azərbaycandan da dövlət və hökumət rəsmiləri, millət vəkillərinin iştirakı ilə geniş tərkibdə nümayəndə heyəti iştirak edir.

22-ci Avrasiya İqtisadi Zirvəsində çıxış edən Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov dövlət başçısı Cənab İlham Əliyevin toplantı iştirakçılarına ünvanladığı məktubu oxuyub. Çıxışı zamanı  Əli Həsənov Azərbaycan Türkiyə qardaşlığından, iki ölkə arasında sürətlə inkişaf edən əlaqələrdən danışıb. PA rəsmisi Avrasiya İqtisadi Zirvəsinin də dostluq-qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində mühüm rol oynadığını dilə gətirib.

Daha sonra Mərmərə Vəqfinin rəhbəri Akkan Suver çıxış edib. O, da Avrasiya İqtisadi Zirvəsinin əhəmiyyətindən danışıb. Tədbirdə Türkiyə Millət Məclisinin sədri Binali Yıldırım fəxri qonaq qismində iştirak və çıxış edib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31