Kənd təsərrüfatı texnikası güzəştli qiymətlərlə satılacaq

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. "Olaylar" xəbər verir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. V.Hüseynov bildirib ki, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə "Aqrolizinq"dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər: "Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək". Şöbə müdiri qeyd edib ki, kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31