Bu yolda təmir işləri aparılacaq
6 Fevral 2019 14:20 NəqliyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 7 fevral tarixindən etibarən Bakı Dairəvi -1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31