"Biznes islahatları" mövzusunda seminar keçiriləcək
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 8 fevral 2019-cu il tarixində Landmark hotelində “Biznes islahatları” mövzusunda seminar keçiriləcək.
7 Fevral 2019 12:34 İqtisadiyyatAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 8 fevral 2019-cu il tarixində Landmark hotelində "Biznes islahatları" mövzusunda seminar keçiriləcək.
Konfederasiyadan "Olaylar"a verilən məlumata görə, seminarda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 1433-VQD nömrəli Qanunu, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu", "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu", "Bəzi tikinti obyektlərinin tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı, Dövlət satınalmaları sahəsində aparılmış islahatlar mövzusunda və digər islahatlar üzrə həyata keçirilən tədbirlər ilə bağlı məsələlər müzakirə ediləcək.