Bakıda 7,3 milyona mənzil satışa çıxarıldı
13:41 İqtisadiyyatHazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.
Milli.Az xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür.
18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır. Buna baxmayaraq, mənzilin niyə bu qədər baha olması anlaşılmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31