BƏƏ COP29-da 60-dan çox iqlim tədbiri keçirəcək
7 Noyabr 19:52 İqtisadiyyatBƏƏ COP29-da iştirakı çərçivəsində ölkənin milli pavilyonunu təqdim edəcək və qlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişin təşviqinə yönəlmiş 60-dan çox tədbir və dialoqlar keçirəcək.
Olaylar.az xəbər verir ki, BƏƏ xarici işlər nazirinin enerji və dayanıqlı inkişaf üzrə köməkçisi Abdulla Əl Balalaa ölkənin milli pavilyonunun təqdim ediləcəyi və qlobal iqlim gündəmində əhəmiyyətli irəliləyişin təşviqinə yönəlmiş 60-dan çox tədbir və dialoqların keçiriləcəyi COP29-dakı iştirakının təfərrüatını bölüşüb.
"COP29 ortaq iqlim yolumuzda həlledici məqamdır", - o bildirib.
O qeyd edib ki, BƏƏ konsensusunun qlobal istiləşməni 1,5°C dərəcə qədər məhdudlaşdırmaq üçün zəmin yaratmasından bir il keçib.
"Bu, bizi yeni öhdəliklərə yaxınlaşdırır, çünki ölkələr İqlim Dəyişikliyi ilə bağlı planlarını təqdim etməyə hazırlaşırlar. BƏƏ bu mühüm tədbirin keçirilməsində Azərbaycanın liderliyini dəstəkləyərək, enerji keçidini irəliyə aparacaq iddialı əməkdaşlığa sadiqdir", - Abdulla Əl Balalaa deyib.
BƏƏ-nin "birgə fəaliyyətin sürətləndirilməsi" mövzusuna həsr olunmuş pavilyonu Mavi zonada yerləşəcək və burada hökumət rəsmiləri, sənaye mütəxəssisləri, alimlər və gənc liderlər iqlim mövzusunda əsas məsələləri müzakirə edəcəklər.
Pavilyonda proqramlar iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə dəstəyinin səfərbər edilməsindən, cənub ölkələrinin dekarbonizasiya prosesinin dəstəklənməsindən və süni intellektin qida və su təhlükəsizliyində roluna qədər geniş mövzulara həsr ediləcək. Digər müzakirələr AIM4Climate və manqrov meşələri üzrə irəliləyiş kimi iqlim təşəbbüslər çərçivəsində tərəfdaşlıqları, həmçinin, 2026-cı ildə BƏƏ və Seneqalın birgə təşkil edəcəyi BMT Su Resursları Konfransına hazırlıq planlarını əhatə edəcək.
BƏƏ pavilyonunda COP28-in mirası və BƏƏ-nin konsensus nailiyyətləri də daxil olmaqla mühüm mərhələlər nümayiş olunacaq. Bioloji müxtəliflik, ərzaq və su dayanıqlılığı, həmçinin dairəvi şəhərlərə diqqət yetirən pavilyon iqlimə davamlı gələcək üçün birgə həll yollarına ilham vermək məqsədi daşıyır.