Uşaq pulunun bərpası hökumətə təqdim edilib
11 Mart 2019 12:23 İqtisadiyyatVüqar Bayramov: "Ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat təşkil edir"
2019-cu ildə ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hər zaman sosial islahatlar ilə bağlı təkliflərini hökumətə təqdim edir və onların reallaşmasına çalışır. Problemli kreditlərə kompensasiyanın verilməsi ilə bağlı təkliflər dəfələrlə hökumət qurumlarında müzakirə olunmuşdu və nəhayət reallaşdı. Uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflər də artıq hökumətə təqdim edilib. Maraqlıdır, məsələ ilə bağlı hansı təkliflər irəli sürülüb və hansı mexanizm seçilə bilər?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, hazırda ölkəmizdə 17 yaşınadək olan uşqların sayı 2 milyon 614 min nəfərdir: "Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir. Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdlr.Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyn 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir".
Onun bildirdiyinə görə, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq: "Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin movcud imkanları və xərci qarşılaya bilər. Bunun belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğull proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik". Ekspert əlavə edib ki, 2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Gələcəyə baxış konsepsiyasında və Strateji Yol xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir: "2015-ci ildə başlanılan dərin islahatlar üçün baza formalaşdırıb. islahatların tərkib hissəsi olaraq 2019-ci ilin ilk iki ayında əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. 2020-ci il üçün nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırırlar. 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalıb. 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq". İqtisadçı deyib ki, 2020-ci il Azərbaycana valyuta axınının daha da artacağı gözlənilir. Gələn il Cənub Qaz Dəhlizi çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP ilə Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq: "2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların artması fonunda da valyuta gəlirləri çoxalacaq. Bundan başqa, Sumqayıt Kimya Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirələcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq".
Alim