Dövlət istiqrazının hərracı keçirilib
10 Oktyabr 2018 15:03 İqtisadiyyat9 oktyabr 2018-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0105015694 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, AZ0105015694 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 43.8 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 29.9 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.8035(gəlirlilik 7.0177%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 06 oktyabr 2020-ci ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31