Şamaxı Astrofizika Rəsədxanası NASA ilə əməkdaşlıq edir
10 Oktyabr 2018 13:40 İqtisadiyyatABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Günəş sisteminin öyrənilməsi üçün AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası(ŞAR) ilə mütəmadi əməkdaşlıq edir.
NASA-nın Günəş-Yer Fizikası Departamentinin rəhbəri Nat Qopalsvami bildirib ki, Azərbaycan son illərdə kosmik ölkələr arasına uğurla daxil olub və qurumun konfrans, seminarlarında fəal iştirak edir.
Azərbaycanın kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulduğunu xatırladan N.Qopalsvami ŞAR-ın NASA-nın məlumat əldə etdiyi 80 astronomiya kompleksindən biri olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31