“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib

"AtaTravel" MMC Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə keçirilən üçüncü "Prime Travel Market 2018" tədbirində iştirak edib. "OLAYLAR"-a daxil olan məlumata görə,  "AtaTravel" MMC-nin tur operator Rəvan Əhmədov və "AtaHolding" Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova xarici turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda gələcək fəaliyyətin inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Növbəti dəfə "Prime Travel Market" tədbirinin keçirilməsi 2019-cu ilin mart ayında planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31