“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü oldu

") "Türk Hava Yolları" və Azərbaycan Turizm Assosiasiyası arasında artıq  bir neçə müddətdir üzvlük haqqında danışıqlar gedir. "OLAYLAR"-a AZTA-dan daxil olan məlumata görə, danışıqların  nəticəsi olaraq, "Türk Hava Yolları" Azərbaycan Turizm Assosiasiyasının  tam üzvləri siyahısına əlavə olunub. Beləliklə "Türk Hava Yolları" Azərbaycan Turizm Assosiasiyasının  üzvlüyünə daxil olmuş ikinci aviaşirkədir. Bundan öncə "Azərbaycan Hava  Yollar" aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.

AZTA rəhbəri Nahid Bağırov "Türk Hava Yolları" aviaşirkətinin Bakı  nümayəndəliyinin rəhbəri Seyfullah İlyası bu münasibətlə təbrik edib və 
xüsusi üzvlük serifikatını təqdim edib. O, əmin olduğunu bildirib ki,  "Türk Hava Yolları" Azərbaycanda turizm sektorunun inkişafına 
öz tövhəsini verəcək: "Bu fəaliyyətin Azərbaycan Turizm Assisiasiyası  ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindirici 
haldır".
Seyfullah İlyas isə oz növbəsində şirkətin Azərbaycan Turizm  Assosiasiyası üzvlüyünə daxil olmasından məmnunluğunu bildirib və qeyd 
edib ki, ölkənin turizm sənayəsinin inkişafında da bundan sonra da aktiv  iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31