“Aqrolizinq” nümayəndələri sahibkarlarla görüş keçirəcəklər
9 Oktyabr 2018 13:20 İqtisadiyyat"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti "Regionlarda maarifləndirmə və sorğu" layihəsini davam etdirir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, "Aqrolizinq"in bir qrup rəhbər işçiləri bu layihə layihəsi çərçivəsində oktyabrın 13-də Ağcabədi rayonunda sakinlərlə görüş keçirəcəklər. Saat 11:00-da Bayraq Muzeyində keçiriləcək görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Xocavənd, Füzuli, Bərdə, Ağdam, və Tərtər rayonlarının sakinləri iştirak edəcəklər. Görüşün əsas məqsədi "Aqrolizinq" ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir. Görüşdə iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 318-88-76) müraciət edə bilərlər.