Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə yeni rəhbər təyin olunub
27 İyun 2018 18:18 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə yeni rəhbər təyin edilib.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Mərkəzin baş direktoru təyin edilib.
O, bu vaxta qədər "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı"nın direktoru olub.
Qeyd edək ki, V. Babayevə qədər Mərkəzin direktoru Ələddin Eyvazov olub. Daha sonra isə Ə. Eyvazov Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Xidmətinin rəisi təyin olunub.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31