“Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib
27 İyun 2018 15:30 İqtisadiyyatİyunun 26-na olan məlumata əsasən respublikanın 38 rayonundan "Azəripək" MMC tərəfindən 509 ton yaş barama qəbul edilib.
"OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, həmçinin respublikada 443.7 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 183.7 min hektarı buğda, 259 min hektarı arpa sahələridir.
Orta statistik göstəricilərə əsasən bu il buğdanın məhsuldarlığı 31.2 s/ha, arpanın məhsuldarlığı isə 27.7 s/ha təşkil edib.
Hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31