Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik olub
14 Mart 2016 10:15 İqtisadiyyatLaçın Əliyev Azərbaycanın NBCBank-ının İdarə Heyətinin sədr müavini postunu tərk edib. Trend-in məlumatına görə, bu barədə bankın saytında məlumat verilib. L.Əliyev bu postu 2013-cü ilin oktyabrından tuturdu. Hazırda bankın İdarə Heyətinin tərkibinə sədr səlahiyyətlərini icra edən Elçin Məmmədov, onun müavini Səid Qasımov və İdarə Heyətinin üzvü Ofelya Həmidva daxildir. NBCBank 1992-ci ildən Azərbaycanın bank bazarında fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31